...

Prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlərlə müsahibə aparılacaq

Siyasət Materials 21 May 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Prokurorluq orqanlarında işə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda uğur qazanmış namizədlərlə mayın 23-də müsahibə (söhbət) başlayacaq. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bazar ertəsi Trend ə bildirib ki, müsahibə 253 namizədlə aparılacaq. İmtahanların birinci mərhələsində 303 namizəd lazım olunan nəticəni göstərsə də, onulardan 50-si müsahibəyə buraxılmayacaq. Əliyev bildirib ki, həmin namizədlər hərbi xidmət keçmədiklərindən müsahibəyə buraxılmayacaq. Bu namizədlər hərbi xidmətlərini başa vurduqdan sonra müsahibədə iştirak edə biləcəklər.

Müsahibə Komissiyası Baş Prokurorluğun 7 nəfər rəhbər əməkdaşından formalaşdırılıb. Hər bir namizədlə ən azı 30 dəqiqə ərzində söhbət aparılacaq, onların peşəkarlığı, şəxsi keyfiyyətləri, intellekti, hüquqi bilikləri yoxlanılacaq

Xəbər lenti

Xəbər lenti