...

NATO Parlament Assambleyasının yaz sessiyasının gündəliyi açıqlanıb

Siyasət Materials 23 May 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) yaz sessiyası mayın 25-dən 28-dək Portuqaliyanın Madeyra şəhərində keçiriləcək. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Yaz sessiyasında Çernoqoriya, Əfqanıstan, Pakistan, Gürcüstan, Moldova və digər ölkələrə dair məruzələr dinləniləcək. İclasda həmçinin dünya miqyasında baş verən qlobal hadisələr, terrora qarşı mübarizə, müharibələr və hərbi texnologiyaların yayılmaması məsələsi, iqlim dəyişikliyi, kosmosa dair beynəlxalq hüququn təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada iştirak etmək üçün mayın 24-dən 29-dək Portuqaliyada səfərdə olacaq.

Nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, deputatlar Siyavuş Novruzov,  Tahir Süleymanov və Qüdrət Həsənquliyev daxildir.

Azərbaycan NATO PA-nın assosiativ üzvüdür.

Xəbər lenti

Xəbər lenti