...

Azərbaycanın sabiq nazirinin məhkəməsində təqsirləndirilən şəxslər dindirilir

Siyasət Materials 8 İyun 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəmə prosesi cümə günü davam etdirilir. Prosesin birinci hissəsində "Azərtrans" məhdud məsuliyyətli cəmiyyətin direktoru müavini, qaçaqmalçılıqda ittiham olunan Rafiq Abbasov dindirilib.

O, ifadəsində 20 min ton xam neftin itkisi ilə bağlı yaradlılmış mübahisəni həll etmək üçün neftin qaçaqmalçılıq yolu ilə Gürcüstana "Evro-Asiya" şirkətinə göndərdilməsi prosesində iştirakını etiraf edib.

Təqsirlənlirilən şəxs qismində Ağabəy Hüseynov da dindirilib. O bildirib ki, ayrı-ayrı ölkələrdə kabel mütəxəssisi işləyib, Azərbaycana gəldiyi zaman Fərhad Əliyevin qayınatası Aydın Kərimovla tanış olub. Kərimovun vasitəsilə Fərdah Əliyevlə tanış olduğunu deyən Hüseynovun sözlərinə görə, Fərhad Əliyev ona Mingəveçirdə Azərkabel zavodunu təklif edib. Onlar gələcəkdə əldə olunacaq gəlirləri şərikli bölüşdürmək barədə razılaşdırıblar. Sonradan Mingəçevirdə bir neçə zavod Ağabəy Hüsenyovun adına keçirilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin müəssisələr sənədlərə yalan məlumatlar daxil edilməklə satışa çıxarılıb, bazar qiymətlərindən aşağı qiymətlə onun adına keçirilib.

Məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti