...

Müxalifətyönlü təşkilat yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 11 İyun 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatı iyunun 23-də Bakıda yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Hərəkatdan məlumat verilib.

Aksiya Azərbaycanda qiymət artımına etiraz olaraq təşkil edilir. Aksiyanın iyunun 23-də saat 18.00-dan metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlaması, saat 20.00-dək "Ukranya dairəsi" adlanın meydanda mitinq keçirilməsi ilə davam etdirilməsi nəzərdə tutulur.

Hərəkat qiymət artımına etiraz olaraq bundan əvvəl mayın 12-də Bakıda mitinq keçirib, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrində piketlər təşkil edib.

"Azərbaycan yolu" Hərəkatı müxalifətyönlü ictimai təşkilatdır. Qurumun rəhbəri Rusiyanın ədliyyə generalı, GUAM ölkələri müxalifətyönlü təşkilatların Koordinasiya Şurasının sədri İlqar Qasımovdur.

Xəbər lenti

Xəbər lenti