Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyası Məclisinin vaxtı təyin olunub. Bu barədə bazar ertəsi Müsavat Partiyasından məlumat verilib.
Partiya Divanının bazar ertəsi keçirilən toplantısında Məclisin növbəti iclasının iyunun 30-da keçirilməsi qərara alınıb.
Partiya həmçinin jurnalistlərin iyunun 12-nə təyin edilmiş yürüş-mitinqin marşrutunun Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dəyişdirilməsinə etirazını bildirib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.