Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan və Türkmənistan Bakıda Türkmənistan səfirliyinin fəaliyyətinin bərpa olunması haqqında razılığa gəliblər. Bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"Türkmənistan səfirliyinin Bakıda açılış vaxtı Aşqabaddan asılıdır",-deyə nazir bildirib.Onun sözlərinə görə, tərəflər həmçinin hökumətlərarası komissiyanın yaradılması haqda razılığa gəliblər. Komissiya çərçivəsində xüsusilə energetika sahəsində əməkdaşlıqla bağlı olan məsələlərə baxılacaq. Nazir qeyd edib ki, Türkmənistan Azərbaycanla əməkdaşlığın inkişafına hazır olduğunu bildirib.