...

Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan Rusiya ilə ABŞ-ı əməkdaşlığa cəlb edən tərəf ola bilər" (video)

Siyasət Materials 13 İyun 2007 13:25 (UTC +04:00)
Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan Rusiya ilə ABŞ-ı əməkdaşlığa cəlb edən tərəf ola bilər" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qəbələ Radiolokasiya Stansiyasından ABŞ və Rusiyanın birgə istifadəsi ilə bağlı təklif ABŞ-ın ekspertləri tərəfindən araşdırılır. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyadan birgə istifadə baş tutsa, bunun Azərbaycan və region üçün böyük əhəmiyyəti olacaq. Məmmədov bildirib ki, bununla Azərbaycan həm beynəlxalq təhlükəsizlik sahəsində, həm də Rusiya ilə ABŞ-ı əməkdaşlığa cəlb edən tərəf kimi çox böyük iş görmüş olar.

"Böyük Səkkizlər"in iyunun 7-də Almaniyada keçirilən toplantısı zamanı Rusiya prezidenti Vladimir Putin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təkliflə çıxış edib.

Xəbər lenti

Xəbər lenti