Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev iyunun 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə nazirləri Şurasının toplantısında iştirak etmək üçün Moskvaya gedəcək. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, toplantıda bu ölkənin müdafiə naziri Mikayel Artunyan da iştirak edəcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən toplantı çərçivəsində Əbiyevlə Artunyanın görüşüb-görüşməyəcəyi barədə məlumat olmadığını deyiblər.