...

NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə layihəni davam etdirmək niyyətindədir

Siyasət Materials 21 İyun 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ NATO ülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanın Aqstafa rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi layihəsini davam etdirir. BU barədə NATO-nun məlumatında göstərilib.

Minalardan təmizləmə əməliyyatının aparıldığı Saloğlu hərbi bazası Cənubi Qafqazda döyüş sursatlarının saxlandığı ən böyük baza hesab olunur.

Baza 1991-ci ildə Azərbaycanı tərk edən sovet ordusu tərəfindən dağıdılıb. 4 400 hektar əraziyə minlərlə partlamamış artileriya səpələnib. Minaların partlayaşı nəticəsində 32 nəfər həlak olub.

Sülh naminə tərəfdaşlıq proqramı Azərbaycanda 568 hektar ən təhlükəli ərazinin təmizlənməsi məqsədilə 2006-cı ilin yanvarından fəaliyyət göstərir. Lakin NATO və Azərbaycan ekspertləri əraziyə səfər etdikdən sonra layihənin ikinci mərhələsini başlamaq qərara alınıb.

Layhənin bu mərhələsi 440 min avro daəyərində maliyyələşdirmə tələb edir. Bunun üçün Azərbaycan hökuməti 131 min avro, Türkiyə 50 min avro, Bolqarıstan 15 min avro ayıracaq. Ikinci mərhələyə 2007-ci ilin iyununda başlamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti