...

RF Baş Qərargah rəhbəri: "Polşa RƏMS-dən olan dividendlərə arxalanır"

Siyasət Materials 22 İyun 2007 12:38 (UTC +04:00)
RF Baş Qərargah rəhbəri: "Polşa RƏMS-dən olan dividendlərə arxalanır"

Varşava Amerikanın raket əleyhinə müdafiə sisteminin (RƏMS) elementlərinin ərazisində yerləşdirilməsindən dividendlər əldə etmək istəyir və bu səbəbdən də Azərbaycanda yerləşən Qəbələ RLS-in ABŞ və Rusiya arasında birgə istifadəsi təklifini böyük həyəcanla qəbul edir. RF Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri, ordu generalı Yuri Baluyevski belə hesab edir.

"RBK"-nın verdiyi məlumata görə, o, jurnalistlərə bildirib ki, Polşa ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifi qəbul etdiyi təqdirdə, Amerikanın RƏMS elementlərinin ölkədə yerləşdirilməsini vəd edən üstünlüklərdən məhrum olacağından ehtiyat edir. "Mən hər şeyi olduğu kimi çatdırıram və hesab edirəm ki, bu səbəbdən də ölkə rəhbərliyi RƏMS-in öz ərazisində yerləşdirilməsi ilə bağlı müqavilənin bağlanmasını sürətləndirir" - deyə general bildirib.

Baluyevski həmçinin bildirib ki, ABŞ Polşa və Çexiya ilə bu ölkələrdə RƏMS elementlərinin yerləşdirilməsi ilə bağlı danışıqlara son qoymq niyyətində deyil və Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-dən birgə istifadə məsələsi ABŞ-ın Şərqi Avropadakı RƏMS-inə əlavə kimi nəzərdən keçiriləcək. Baluyevskinin fikrincə, Corc Buş administrasiyası RƏMS ilə bağlı təklifi qəbul etməyə tələsir ki, gələcək administrasiyanı fakt qarşısında qoysun. "Mənə elə gəlir ki, Avropada RƏMS-in yerləşdirilməsi ilə bağlı məsələ artıq həll olunub, bu səbəbdən də Rusiyanın Qəbələ RLS-dən birgə istifadə təklifi reallaşmayacaq" - deyə Baluyevski bildirib.

RF Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərinin sözlərinə görə, RF Müdafiə Nazirliyi ABŞ-ın nəzarətdə olan iki RƏMS-nin inteqrasiya tendensiyasını tədqiq edir: qlobal RƏMS və Avropada yerləşən RƏMS.

Baluyevski qeyd edib ki, hazırkı şəraitdə gələcəkdə necə hərəkət etmək qərara alınmalıdır. Baluyevskinin bildirdiyinə görə, Amerika tərəfi Rusiyaya məsləhətləşmələr aparmağı təklif edir. "Əgər biz heç bir suala cavab almamışıqsa, nə barədə məsləhətləşmələr apara bilərik?" - deyə Baluyevski bildirib.

Bu arada onun sözlərinə görə, ABş yalnız ikili əsasda danışqları aparmağı təklif edir, nəzərdə tutulan dioloqa Aİ ölkələri daxil edilmir.

Xatırladaq ki, ABŞ Polşa ərazisində 10 raket tutan qurğu yerləşdirməyi və qonşu Çexiyada radiolokasiya stansiyası tikməyi planlaşdırır. Amerika administrasiyasının bəyanatında bildirilir ki, bu tədbirlər Avropanı İran və Şimali Koreyanın mümkün raket hücumlarından qorumaq üçün vacibdir.

Almaniyanın Hayliqendam şəhərində iyun ayında keçirilən "Böyuk Səkkizliyin"sammitində baş tutan ikitərəfli danışıqlarda Vladimir Putin ABŞ-a Rusiyanın icarəyə götürdüyü Qəbələ RLS- dən birgə istifadə etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti