...

Bakı Şəhər Baş Polis İdarəsi rəhbərinin səlahiyyətlərinin icrası müavininə həvalə olunub

Siyasət Materials 28 İyun 2007 12:42 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi rəhbərinin səlahiyyətlərinin icrası müavininə həvalə olunub

Azərbaycan, Bakı /müx. Trend K.Zərbəliyeva, E.Hüseynov/ İstefa ərizəsini yazan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyevin səlahiyyətlərinin icrası onun müavini Yaşar Əliyevə həvalə olunub. Bu barədə cümə axşamı BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib.

Dünən axşam Əliyev istefa verdiyini bəyan edib və bunu digər işə keçməsi ilə əlaqələndirib.

Cümə axşamı Azərbaycanın daxili işlər naziri Ramil Usubov BŞBPİ-nin rəisi, daxili işlər nazirinin müavini Əliyevin istefa ərizəsini imzalayıb.

Cümə axşamı səhər Əliyev BŞBPİ-də müşavirə keçirib və kollektivlə vidalaşıb.

Xəbər lenti

Xəbər lenti