...

Qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb

Siyasət Materials 28 İyun 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cümə axşamı Hindarx-Ağdam yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq insidentsiz keçirib. Trend in bölgə müxbirinin sözlərinə görə, bir saata qədər davam edən monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal və İmre Palatinus keçiriblər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin aparıblar.

ATƏT nümayəndələri monitorinqdən öncə Ağdam rayonunun icra başçısı Həsən Sarıyevlə görüşüb. Görüşdə Sarıyev Azərbaycanın işğal olunan ərazilərinin yandırıldığını və bu səbəbdən qoşunların təmas xəttində əkin-biçinlə bağlı problem yarandığını deyib.

Ağdam paytaxt Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti