Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev
"A.X.Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.
Görkəmli Azərbaycan alimi, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, onun yaşadığı binaya (28 May küçəsi, ev 20) xatirə lövhəsi vurulmasını təmin etsin.