...

Apellyasiya Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin şikayətini geri qaytarıb

Siyasət Materials 23 İyul 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Apellyasiya Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin şikayətini geri qaytarıb. Bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Azadlıq Partiyası qərargahla təmin olunmadığı üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsini məhkəməyə verib. Xətai Rayon Məhkəməsində iddia üzrə hazırlıq prosesində Əmlak Komitəsinin nümayəndəsi vəsatət qaldırıb, bu işə İqtisad Məhkəməsində baxılmalı olduğunu deyib. Ona görə də iddianın Xətai Rayon Məhkəməsində icraata götürülməsi qərarından apellyasiya şikayəti verib.

Apellyasiya Məhkəməsi artıq şikayətə baxıb və təmin etməyib. Məhkəmə cavabında iddiaya yerli rayon məhkəməsində baxılmalı olduğunu göstərib və işi yenidən Xətai Rayon Məhkəməsinə qaytarıb.

Xəbər lenti

Xəbər lenti