Azərbaycan, Bakı/müx. Trend K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi cümə axşamı Bakıda bəyan edib ki, Birləşmiş Ştatlar Qəbələ RLS-in birgə istifadəsindən imtina etmir.
İyun ayında "Böyük səkkizliy"in görüşü çərçivəsində Rusiya prezidenti ABŞ-a Qəbələ RLS-i birgə istifadə etmək təklif edib. Prezident RƏMS elementlərinin Polşa və Çexiyadan fərqli olaraq İranla qonşu olan Azərbaycanın ərazisində yerləşdirilməsinin üstünlüyünü qeyd edib.
Xanım Dersi qeyd edib ki, ABŞ stansiyanın birgə isifadəsi təklifindən imtina etməyib. Onun fikrincə, bu məsələ Azərbaycanla müzakirə olunmalıdır və bu müzakirələr çərçivəsində Qəbələ RLS-in ABŞ-ın raket əleyhinə sisteminin tələblərinə nə qədər cavab verdiyini müəyyənləşdirmək olar.
O həmçinin qeyd edib ki, Qəbələ RLS Çexiyada və Polşada RƏMS-in quraşdırılması planlarına alternativ olmayacaq.
Qəbələ RLS Azərbaycanda ballistik raketlərin buraxılışını izləyən Rusiya sisteminin tərkib hissələrindən biridir. O, sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Stansiyanın icarəyə verilməsi barədə onillik müqavilə 2002-ci ildə imzalanıb.