...

Baş konsul: "Azərbaycan Türkiyə ilə viza rejimini ləğv edə bilməz"

Siyasət Materials 31 İyul 2007 15:45 (UTC +04:00)
Baş konsul: "Azərbaycan Türkiyə ilə viza rejimini ləğv edə bilməz"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan birtərəfli qaydada digər dövlətlərlə, o cümlədən Türkiyə ilə viza rejimini ləğv edə bilməz. Bu barədə çərşənbə axşamı telefon vasitəsilə Trend ə açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olduğundan birtətəfli viza rejiminin ləğvi mümkün deyil.

"Azərbaycanda birtərəfli viza rejiminin ləğvi Dağlıq Qarabağ probleminin həlli və sərhədlərin möhkəmləndirilməsindən sonra mümkün ola bilər. İndi sərhədlərin açılmasından düşmən Ermənistan öz marağı üçün istifadə edə bilər. Azərbaycanda müxtəlif təxribatların törədilməsi riski artar" - deyə Aran bildirib.

Türkiyə sabahdan Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanın ümumvətəndaşlıq pasportuna malik vətəndaşlarının Türkiyəyə 30 günlük turizm məqsədilə səfərləri üçün vizasız rejim tətbiq edir.

Xəbər lenti

Xəbər lenti