...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin məsləhətçisini qəbul edib

Siyasət Materials 2 Avqust 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə məsləhətçisi Mətyu Brayza cümə axşamı Bakıda Azərbaycan və ABŞ arasında energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə tərəflər hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, bu gün Brayza Azərbaycanda fəaliyyət göstərən amerika şirkətlərinin nümayəndələri və ölkə hökumətinin rəsmi şəxsləri ilə görüşüb.

Sabah onun Azərbaycan XİN-də görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti