...

Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana gəlir

Siyasət Materials 18 Avqust 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Avqustun 19-da Almaniya Bundestaqı deputatlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir. Nümayəndə heyətinin tərkibinə Almaniya Bundestaqının deputatları - Andreas Şohhenxof, Tomas Barays, Aksel Fişer, Eduard Lintner və Otto Hayzer daxildir.

Almaniyalı parlamentarilərin görüşləri avqustun 20-də başlayacaq. Nümayəndə heyəti əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Səfərin ilk günündə almaniyalı deputatlar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcəklər. Görüşlərdə iki tərəfli əlaqələrin indiki durumu və gələcək inkişaf perespektivləri müzakirə olunacaq.

Almaniyalı deputatlar səfərin ikinci günü Göycay şəhərinə səfər edəcəklər.

Bundestaq üzvləri avqustun 22-də sənaye və energetika naziri Natiq Əliyevlə, daha sonra isə Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəklər.

Deputatlar avqustun 23-də Kapenhausda keçiriləcək mədəniyyət tədbirində iştirak edəcəklər.

Daha sonra onlar Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, səfərin sonuncu günü isə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin təmsilçiləri ilə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti