...

Bakıda 2000-ə yaxın avtomobilin hərəkəti dayandırılıb

Siyasət Materials 20 Avqust 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhərində avqust ayı ərzində 2000-ə yaxın nasaz avtomobil aşkarlanaraq cərimə meydançalarına aparılıb. Bu barədə bazar ertəsi Trend ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, "Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər zamanı mühərriki ixrac edən qazların tərkibində normadan artıq zərərli maddələr aşkarlanan avtomobillərin sürücüləri cərimələnir və texniki baxışdan keçirilməsi üçün müvafiq yerlərə göndərilir.

Azərbaycanda "Təmiz hava" aylığı avqustun 1-dən başlanıb və ayın sonuna kimi davam edəcək. Reydləri yol polisi ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları aparırlar.

ETSN-dən bildiriblər ki, son statistik rəqəmlərə görə, Azərbaycanda atmosfer çirklənməsinin 60%-dən çoxu nəqliyyat vasitələrinin payına düşür.

Xəbər lenti

Xəbər lenti