...

İlham Əliyev: "Azərbaycan Xəzər və Qara dəniz arasında körpüdür"

Siyasət Materials 24 Avqust 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Xəzər və Qara dəniz arasında körpü rolu oynayır. Bunu cümə günü Azərbaycan prezidenti İlham Əliyev Qara dəniz Təşəbbüs qrupunun üzvləri ilə görüşdə bəyan edib.

Prezidentin sözlərinə görə, bölgədə gerçəkləşdirilən layihələr bu dənizləri daha da birləşdirir. Dövlət başçısı Təşəbbüs qrupunun Azərbaycana səfərini bölgənin gələcək inkişafı üçün perspektiv kimi dəyərləndirib.

"The Global Panel Foundation" qurumunun rəhbəri Mark Ellenbogen prezidentə Bakıda müxtəlif nazirliklər və komitələrdə keçirilən danışıqlar barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti