Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İraqda Müqtəda-əl-Sədr Ceyş-əl-Mehdi adlı qeyri-rəsmi hərbi qrupun rəhbəri bu qrupun fəaliyyətinin dayandırılmasını vəd etsə də bunun həyata keçirməsi mümkünsüz görünür. "Hazırda Ceyş-əl-Mehdi hərbi qüvvənin tam ixtiyarı Müqtəda-əl-Sədrin əlində olmadığına görə, onun vədləri həyata keçirilməyəcək" - deyə, Londonda fəaliyyət göstərən İranlı politoloq Dr.Əlirza Nurizadə(Alireza Nourizadeh) bildirb.
İraqda ifratçı "Ceyş-əl-Mehdi"(Jeysh al-Mehdi) hərbi qrupunun sədri Müqtəda-əl-Sədrin (Moqtada al-Sadr) 6 ay müddətində fəaliyyətlərini dayandıracağı barədə bəyanat verib. İraq rəsmiləri bu vədi müsbət dəyərləndirilib. İraq Milli Təhlükəsizlik nazirinin müşaviri Müvəffəq əl-Rəbii (Movaffaq al-Rabii) BBC-yə verdiyi müsahibədə əl-Sədrin bu qərarını İraqda sabitliyin bərqərar olunmasında çox əhəmmiyyətli hesab edib. O bildirib ki, əyər "Ceyş-əl-Mehdi" qrupunun fəaliyyətləri dayandırılsa İraqın təhlükəsizliyinin təmin olunmasında böyük addımların atılacağı gözlənilir.
İranlı politoloq Nurizadə cuma axşamı Londondan telefonla "Trendə" bildirib ki, Müqtəda əl-Sədr birinci dəfə deyil ki belə bəyanat verir. İraqda keçirilən parlament seçkilərindən sonra bir dəfə də Ceyş-əl-Mehdi qrupunun fəaliyyətlərini dayandıracağını vəd etmişdi.
"Ceyş-əl-Mehdi qrupunu yaratdığı zaman əl-Sədr bu qrupun qeyri-hərbi olduğunu bildirmişdi. O, vəd etmişdi ki, fəaliyyətləri yalnız mədəni sahədə olacaq. Ancaq bir müddətdən sonra Ceyş-əl-Mehdi ABŞ, İngiltərə və hətta İraq hakimiyyətinin öz hərbi qüvvələri ilə silahli mübarizəyə başladı. Bundan əlavə, İraqın Ali İslami Məclisinin sədri Əbdoləziz Həkimin, şiə məzhəbli Bədr (Badr) qrupuna qarşı da mübarizələr aparıb"- deyə, İranlı politoloq bildirib.
Nurizadə bildirib:"Kərbəla şəhərində Ceyş-əl-Mehdinin terror aktlarının yaratmasını hamı pislədiyinə görə, birdə İraq rəsmilərinin onlara qarşı sərt reaksiya göstərdiyinə görə, əl-Sədr Ceyş-əl-Mehdi qrupunun fəaliyyətlərinin dayandırmasını vəd etmək məcburiyyətində qalıb. Amma, hazırda bu qrup neçə-neçə şöbələrə bölünüb, həmçinin bu qrup əl-Sədrin nəzarətindən və əhatəsindən xaric olunub.
"Ceyş-əl-Mehdi hərbi qüvvələrinin bəzisi İran ölkəsində öyrədilib və İrandan əmr alır. Məhz buna görə də Iran rəsmiləri Müqtəda-əl-sədrin bəyanatına heç bir reaksiya göstərməyib. Bir tərəfdən isə, İran bəzi təşkilatlar və hətta İraqda fəaliyyət göstərən bəzi qruplar tərəfindən Kərbəla şəhərində törədilən cinayətdə təqsirləndirilib. Hətta, dünən Kərbəla şəhərinin valisi qonşu ölkənin (İran) şiələr arasında gərginlik yaratmaqda ittihamlandırıb" - deyə, Nurizadə bildirib.
Əl-Sədrin qərarından öncə imam Sahibəzzəmanın doğum günü münasibəti ilə müsəlmanlar dini mərasim keçirməyə Kərbəla şəhərinə toplaşaraq, mərasimdə törəlinən terrorlar və təxribatlar 50 nəfərdən artıq müsəlmanın ölümü ilə nəticələnib. Törədilən cinayətlərdə bir çoxları Ceyş-əl-Mehdi qrupunu təqsirləndirib.
İraqın baş naziri Nuri əl-Maleki Kərbəla şəhərində törədilən təxribatı bir sıra grupların İmam Hüseynin məzarında təxribat aparmaq niyyətlərində olduğunu bildirib. Ancaq bu qrupların adlarını çəkməyib.