...

Milli Məclisin payız sessiyası başlayır

Siyasət Materials 11 Sentyabr 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayır. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, daxili Nizamnaməyə görə, parlamentin payız sessiyasının ilk iclası sentyabrın son günü keçirilməlidir. Sentyabrın son günü bazar gününə düşdüyünə görə qanunverici orqanın ilk toplantısı okrtayrın 1-də baş tutacaq.

Milli Məclisin komissiyalarının iclasları isə sentyabrın 15-də başlayır.

"Daxili Nizamnaməyə görə, avqustun 31-də millət vəkillərinin məzuniyyəti başa çatıb" - deyə parlamentdən bildiriblər.

Parlamentin payız sessiyası dekabrın 30-da başa çatır.

Xəbər lenti

Xəbər lenti