Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Rusiyalı ekspertlərin Qəbələ RLS ilə bağlı Azərbaycana səfəri sentyabrın sonuna qədər reallaşacaq. Bu barədə bazar ertəsi Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib.
Onun sözlərinə görə, hazırda səfərin sentybrın 18-də keçirilməsi ilə bağlı müzakirələr aparılır.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin bazar ertəsi verdiyi məlumata görə, amerikalı ekspertlərin Bakıya səfərinin vaxtı isə hələ təyin olunmayıb. Lakin səfər ayın sonlarına gözlənilir.
Ekspertlərin Bakıya səfərdə məqsədi, Azərbaycan, Rusiya və Amerikanın Qəbələ RLS-dən birgə istifadəsinə dair müzakirələrin aparılmasıdır.