...

Avropa Şurasının baş katibi 11 sentyabr terror aktını görünməmiş qəddarlıqla törədilmiş yeni terrorizm forması adlandırıb

Siyasət Materials 11 Sentyabr 2007 14:26 (UTC +04:00)
Avropa Şurasının baş katibi 11 sentyabr terror aktını görünməmiş qəddarlıqla törədilmiş yeni terrorizm forması adlandırıb

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Nyu-York, Pensilvaniya və Vaşinqtonda həyatını itirən insanlar görünməmiş qəddarlıqla törədilmiş yeni terrorizm formasının qurbanı olublar. Bu barədə çərşənbə axşamı Avrorpa Şurasının baş katibi Terri Devis 11 sentyabr 2001-ci il tarixində törədilən terror aktının 6-cı ildönümü ilə əlaqədar olaraq bəyan edib.

"Həmin dövrdən bu günə qədər biz Avropa da daxil olmaqla bütün dünyada törədilən digər terror aktlarının şahidi olmuşuq. Danimarka və Almaniyada bu yaxınlarda baş verən həbslər bir daha göstərdi ki, terror təhlükəsi hər yerdə çox böyükdür" - deyə baş katib qeyd edib.

Devis həmçinin qeyd edib ki, hökumətlər əhalini terror təhlükəsindən müdafiə etmək məqsədilə əlindən gələni etməlidir. Lakin onlar həmçinin qanun çərçivəsindən kənara çıxmamalıdırlar, Avropa Şurasının üzv dövlətləri üçün isə bu, insan hüquqlarına dair Avropa Konvensiyasına əməl etmək deməkdir. Bundan imtina etmək terrorçuların xeyrinə atılan bir addım olardı. Bu halda şər və xeyir öz aralarında mübarizə aparır və terrorçulara yeni icraçılar cəlb etməyə və təsir dairəsini genişləndirməyə kömək edir.

Onun sözlərinə görə, on illərdir ki, xüsusilə də 2001-ci ildən sonra Avropa Şurası təşkilata daxil olan dövlətlərin insan hüquqlarına əməl etməklə yanaşı, terrorizmlə mübarizədə kollektiv potensialın artırılması ilə bağlı fəal şəkildə iş aparır. "Bizə məlumdur ki, bu təkcə mənəvi imperativ deyil, həmçinin terrorizmlə effektiv və uğurlu mübarizənin vacib şərtidir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti