...

Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva: "Torqovıy" küçəsini gəzdim"

Cəmiyyət Materials 18 Sentyabr 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Günel Əhmədova/ "Bakıya sonuncu səfərim 95-ci ildə olub. 12 ildə çox şeyin dəyişdiyinin şahidi oldum. Bakı gözəlləşib, müasirləşib. Bir az əvvəl Heydər Əliyevin məzarını ziyarət etdim, daha sonra Şəhidlər Xiyabanında oldum. Daha sonra şəhərin mərkəzi sayılan "Torqovıy" küçəsini gəzmişəm" - bu sözləri Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva eksklüziv olaraq "TrenLife"a danışdı. Ötən axşam şəhər gəzintisindən sonra Muğam Teatrında şam yeməyi yeyən müğənni Bakı üçün çox darıxdığını etiraf etdi. Paytaxta həyat yoldaşı Əkbərlə gələn sənətçi xanım səfərinin məqsədinin köhnə dostlarla və son ifa etdiyi mahnının müəllifləri ilə görüşdən ibarət olduğunu söylədi.

Xatırladaq ki, "Səndən nigaranam" adlı mahnının efir versiyası bura gətirilərək telekanallarda yayımlanır. Klipdən söz salan Abdullayeva dedi ki, çəkilişlərdən sonra iki qəhrəman arasında yaranan isti münasibətlər onların çox güman ki, evlənəcəyindən xəbər verir. Repertuarından Azərbaycan mahnılarının əksik olmadığını deyən müğənni evində böyük arxiv yatatdığını və ora klassik musiqilərlə yanaşı, muğamlarımızı daxil etdiyini söylədi. Söhbətb zamans bizdən Mahnı Teatrının fəaliyyəti ilə maraqlanan Özbəkistan xalq artisti Rəşid Behbudovun ona yaradıcılıq təklifini xatırladı: "Məni orada çalışmağa dəvət etmişdi. O vaxt teatrın adı bir çox ölkələhdə məşhur idi".

Xatırladaq ki, Nəsibə xanım hələ bir neçə gün şəhərimizdə qonaq olacaq. Sənətçi ilə bağlı digər məlumatları "TrendLife" oxucularına təqdim edəcəyik.

Xəbər lenti

Xəbər lenti