...

Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının tərkibi təsdiq edilib

Cəmiyyət Materials 18 Sentyabr 2007 16:37 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Ali Məhkəmənin Plenumunun çərşənbə axşamı keçirilən iclasında Mülki işlər üzrə məhkəmə kollegiyasının tərkibi təsdiq edilib.

Ali Məhkəmədən Trend ə bildirilib ki, Ali Məhkəməyə yeni təyin olunmuş hakim Tapdıq Mahmudov kollegiyaya üzv seçilib. Həmçinin, digər məhkəmə kollegiyalarının üzvlərindən də Mülki işlər üzrə məhkəmə kollegiyasına yeni üzvlər seçilib.

Hakimlik fəaliyyətinə xitam verilmiş hakimlər Məmmədbağır Zeynalov, İmran Hüseynov və Sevil Səlimovanın Məhkəmə-Hüquq Şurasının qərarından verdikləri şikayətlərə baxılıb və onlar təmin olunmayıb.

Plenumun iclasında yeni seçilmiş hakim Xəqani Tağıyev hakim andı içib.

Plenumun iclasında konkret mülki və cinayət işlərinə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti