...

Bakıda Sara Manafovanın yubileyinə həsr olunmuş sərgi açılacaq

Cəmiyyət Materials 24 Sentyabr 2007 12:00 (UTC +04:00)
Bakıda Sara Manafovanın yubileyinə həsr olunmuş sərgi açılacaq

Azərbaycan, Bakı, 24 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/Azərbaycanın xalq rəssamı Sara Manafova yaşasaydı, bu il 75 yaşı tamam olardı. O, avqust ayında dunyasını dəyişib. Azərbaycanın xalq rəssamı Arif Hüseynovun "TrendLife"a verdiyi məlumata görə, oktyabrın 19-da Muzey Mərkəzinin qalereyasında onun işlərindən ibarət sərgi açılacaq. Sara xanım özü bu tədbiri təşkil etmək istəyirdi, lakin təəssüf ki, qismət olmadı. Buna baxmayaraq, onun arzusu yerinə yetiriləcək. Sərgidə rəssamın sonuncu işlərindən ibarət rəsmlər nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti