...

Partiya sədri qəzet redaktorunun həbsini tələb edir

Cəmiyyət Materials 26 Sentyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ BAXCP-nin "Xural" qəzetinin baş redaktoruna qarşı iddiası icraata götürülüb. Bu barədə çərşənbə günü Trend ə baş redaktor Əvəz Zeynallı məlumat verib.

Zeynallı bildirib ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev onun, təhqir və böhtana görə, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu gün Nərimanov rayon məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında verilmiş şikayət icraata qəbul edilib və iş üzrə məhkəmə baxışı oktyabrın 3-nə təyin olunub.

Partiya sədri "Xural" qəzetində özünün barəsində təhqiramis yazıların dərc olunduğunu əsas gətirərək, qəzetin təkzib verməsini, üzr istəməsini tələb edir.

Zeynallı isə bununla bağlı Trend ə açıqlamasında bildirib ki, əvvəlcə Həsənquliyevin nəzarəti altında olan "Xalq cəbhəsi" qəzeti ona qarşı təhqiramis yazılar yazıb. Ondan sonra "Xural" Həsənquliyevin ünvanına cavab yazıları yazıb.

BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Partiya sədri Qüdrət Həsənquliyev Milli Məclisin deputatıdır.

"Xural" qəzeti özünü, heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nərş hesab edir.

Xəbər lenti

Xəbər lenti