...

Türkiyədə səfərdə olan Azərbaycanın qəzet redaktorlarının görüşləri davam edir

Cəmiyyət Materials 1 Oktyabr 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türkiyədə səfərdə olan Azərbaycanın mətbu orqanlarının rəhbərləri bazar ertəsi Türkiyə-Azərbaycan İş Konseyində görüş keçiriblər. Bu barədə bazar ertəsi Trend ə Türkiyədə səfərdə olan "Üç nöqtə" qəzetinin baş redakoru Xoşqədəm Hidayətqızı məlumat verib.

Türkiyə-Azərbaycan İş Konseyinin rəhbəri Çingiz Güllə görüşdə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, hər iki ölkədə iş adamlarının fəaliyyəti, onların üzləşdiyi problemlər barədə danışılıb. Türkiyənin Azərbaycanla viza sistemini ləğv etdiyini xatırladan Çingiz Gül bildirib ki, eyni addımı Azərbaycandan gözləyirlər.

Qəzet redaktorları Türkiyə-Avropa Vəqfinin rəhbəri Ziya Muazzinoğlu ilə görüşdə isə ,Türkiyənin Avropa Birliyinə yaxınlaşması, bu prosesdə qarşıya çıxan problemlər və onların aradan qaldırılması yolları barədə müzakirələr aparıblar.

Bu gün Azərbaycanlı redaktorlar Türkiyənin "NTV" telekanalının rəhbərliyi ilə görüş keçirib, kanalın fəaliyyəti, iş strukturu ilə tanış olublar.

Bundan əvvəl isə, redaktorlar Türkiyəli Qəzetçilər Birliyində, "İhlas" Xəbər Agentliyində və digər media orqanlarında görüş keçiriblər.

"525", "İki sahil", "Bizim yol", "Üç nöqtə" və "Xalq cəbhəsi" qəzetlərinin baş redaktorlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri ötən həftənin sonundan başlayıb.

Xəbər lenti

Xəbər lenti