...

Azərbaycanlı cüdoçu: "İndiyə qədər Universiadadakı qələbəmin bəhrəsini görürəm"

Cəmiyyət Materials 3 Oktyabr 2007 03:14 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Rotterdamda dünya Superkubokunda qazanılan bürünc medalı mən qızıl kimi qəbul edirəm". Bu sözləri Trend ə yarışda öz çıxışını şərh edən azərbaycanlı cüdoçu Ramil Qasımov deyib.

İdmançı qeyd etdi ki, ona bu yaxınlarda Tailandda keçirilən Untiversiadakı qələbə çox şey verdi, öz gücünə inamını artırdı. "Demək olar ki, indiyə qədər onun bəhrəsini görürəm, bu da Rotterdamdakı müvəffəqiyyətli çıxışımı təstiqləyir. Mənə, yəqin, ən güclü qrup düşmüşdü. Hətta məğlub olduğum rusiyalı Alim Həsənov ilə görüşdə qələbəyə şansım var idi, lakin sonda müvəffəqiyyət onun tərəfində oldu. Hər görüşdə mənə, necə deyərlər, adaptasiya üçün vaxt lazımdır ki, hansı sı çox vaxti heç olmur" - deyə Qasımov qeyd etdi.

Xəbər lenti

Xəbər lenti