...

Gənc hüquqşünaslar üçün hazırlıq kursları təşkil olunub

Cəmiyyət Materials 4 Oktyabr 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İşə qəbulla bağlı müsabiqələrə hazırlıq məqsədilə gənc hüquqşünaslar üçün hazırlıq kursları təşkil olunub. Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend ə verilən məlumata görə, kurslarda iştirak etmək üçün hakimliyə, dövlət qulluğuna, hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına sənəd vermiş 40-dan çox namizəd müraciət edib.

Məhkəmə-Hüquq Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil edilmiş kurslarda insan hüquqlarının təmin edilməsi üzrə ölkədaxili və beynəlxalq vasitələr, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mahiyyəti barədə təcrübəyə malik mütəxəssislərin, beynəlxalq ekspertlərin mühazirələri nəzərdə tutulub.

Dərslər oktyabrın 6-da, hər həftənin şənbə günləri keçiriləcək.

Kursları bitirənlərə sertifikatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti