...

Sabiq millət vəkili Almaniyada cərrahiyyə əməliyyatı olunub

Cəmiyyət Materials 4 Oktyabr 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayev Almaniyada cərrahiyyə əməliyyatı olunub. Bu barədə cümə axşamı Trend ə Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib.

Vəkil bildirib ki, Abdullayev onurğa sütunundakı disk "yırtığı"ndan əməliyyat edilib.

Sabiq millət vəkili bir neçə gün öncə müalicəsini başa vuraraq, Azərbaycana qayıdıb. Vəkil Abdullayevin özünü yaxşı hiss etdiyini, zərurət olarsa, gələcəkdə də müalicəsini davam etdirmək üçün yenə Almaniyaya gedəcəyini deyib.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan Abdullayev mayın 18-də Bakının Səbayel rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq, məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq)maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı, baş prokurorun təqdimatı ilə, Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti