...

Azərbaycanda uşaq dünyaya gətirən hər 100 min qadından 32-si doğuş vaxtı ölür

Cəmiyyət Materials 5 Oktyabr 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda uşaq dünyaya gətirən hər 100 min nəfər qadından 32-si doğuş vaxtı ölür. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 2006-2007-ci ildə bir yaşına qədər olan 1508 körpə ölüb.

Hüseynova bildirib ki, ana və uşaq ölümünün səbəbləri kimi ekoloji problemlər, genetik dəyişikliklər göstərilir. Lakin Komitə sədri burada qadınların özlərinin savadsızlığı və məsuliyyətsizliyini də səbəb kimi görür: "Xüsusilə Azərbaycanın bölgələrində hamilə qadınlar həkimə müraciət etmir, yoxlanmırlar".

Xəbər lenti

Xəbər lenti