...

Azərbaycanlı cazmen Salman Qəmbərov Almaniyada konsert verəcək

Cəmiyyət Materials 8 Oktyabr 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Tanınmış cazmen Salman Qəmbərov və onun qrupu "Bakustik-caz" bir müddət fasilədən sonra yenidən xaricdə konsert proqramı ilə çıxış edəcək. Bu haqda "TrendLife"a Salman Qəmbərov özü xəbər verib. Onun sözlərinə görə: "Noyabrın 3-də Almaniyanın Kastel şəhərində bizim konsertimiz təşkil olunacaq. Biz orada "Lətif" filmi ilə əlaqəli olan layihəmizi təqdim edəcəyik. Mən növbəti dəfə bu layihəni təqdim edəcəm. Həmin layihəni bu il İsveçrə və Polşada təqdim etmişəm. Konsertin ikinci hissəsində alman sksafonçusu Verner Enlertomla birgə duet ifa edəcəyik. O, bir dəfə Azərbaycana caz-festivalına gəlib. Biz onunla birbaşa ifa edəcəyik, yəni heç bir məşqlərimiz olmayacaq. Bir-birimizi çox yaxşı başa düşürük. Bizim çıxışımız sırf intuitiv musiqi olacaq".

Xəbər lenti

Xəbər lenti