...

"Ömürlük" məhbuslar rejim qaydalarının dəyişdirilməsini tələb edirlər

Cəmiyyət Materials 9 Oktyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qobustan qapalı həbsxanasında cəza çəkən "ömürlük" məhbuslar rejim qaydalarının dəyişdirilməsini və cəzalarının 15 illə əvəzlənməsini tələb edirlər. Bu barədə Trend ə İşgəncələr Əleyhinə Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.

Elçin Behbudov və Komitənin eksperti Yusif Əliyev çərşənbə axşamı Qobustan qapalı həbsxanasında "ömürlük" məhbuslarla görüşüb, onların şikayətlərini dinləyiblər. Behbudovun sözlərinə görə, görüş keçirdiyi altı nəfər məhbusun hər biri ömürlük azadlıqdan məhrum olunma cəzasının 15 illik həbs cəzası ilə əvəz edilməsini istəyirlər. Onlar 6 saylı korpusun damörtüyünün dəyişdirilməsini, idman etmək üçün şərait yaradılmasını, gəzinti üçün geniş sahə ayrılmasını, kameralara televizor qoyulmasını, ailələri ilə ayda bir dəfə telefonla danışmalarını (hazırda 2 aydan bir danışırlar), 2 aydan bir ailələrindən ərzaq qəbul etməyi (4 aydanbir alırlar), qısamüddətli görülərin vaxtının 4 aydan 2 aya endirilməsini, uzunmüddətli görüşlərə ildə bir dəfə deyil, iki dəfə icazə verilməsini tələb edirlər. Məhbuslar həkimlərin laqeydliyindən də şikayətləniblər.

Hüquq müdafiəçisinin sözlərinə görə, Qobustan həbsxanasının rəhbəri ona bildirib ki, bu tələblər penitensiar xidmətinin səlahiyyətlərinə aid deyil. Ona görə də həbsxana rəhbərliyi tələblərlə bağlı Milli Məclisə müraciət edib.

Behbudov deyib ki, görüşdüyü ömürlük məhbuslardan biri - Samux rayonunun keçmiş icra başçısı 68 yaşlı Vaqif Hüseynovun ağır xəstəliyini nəzərə alaraq dövlət başçısına müraciət edəcək.

Məhbuslardan 1961-ciil təvüllüdlü İsrail Qurbanov istintaqda ona işgəncə verildiyini, törətmədiyi cinayətin boynuna qoyulduğunu deyib.Vüqar Əliyev də ittiham olunduğu qətli törətmədiyini deyib. Gürcüstan vətəndaşı Georqi Veladze xaç suyuna salınmasını istəyir.

Xəbər lenti

Xəbər lenti