...

Cəlilabadda iki reket jurnalist saxlanılıb

Cəmiyyət Materials 11 Oktyabr 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Lənkəran Trend müxbir P.Əliyeva/ Dünən səhər saatlarında Cəlilabad rayon polis şöbəsinə iki jurnalistin rayonda reketliklə məşğul olması barədə məlumat daxil olub. "İldırımlı yollarla" qəzetinin redaktoru Veysəl Ağabəyli və "Şah Əsəri Azərbaycan" qəzetinin baş redaktoru Fərahim Ağayev Cəlilabad rayon Hərbi Komissarlığına, məhkəmə, prokurorluq və polis şöbəsinə gələrək onlardan pul istəyiblər. Polis şöbəsinin əməliyyat qrupu onları saxlayıb. Jurnalistlər əməllərini etiraf ediblər və sərbəst buraxılmaları barədə xahiş ediblər və bir daha belə hərəkətə yol verməyəcəklərini deyiblər. Cəlilabad rayon polis şöbəsinin rəisi Rasim Musayev bu faktı təsdiqləyib və faktla bağlı təhqiqat aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti