...

Peşəkar boksçu Əli İsmaylovun WBO-Latino titulunun qorunması uğrunda keçirəcəyi döyüşdə rəqibi boliviyalı olacaq

Cəmiyyət Materials 19 Oktyabr 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmaylovun WBO-Latino titulunun qorunması uğrunda dekabrın 8-də H.Əliyev adına İdman-Konsert Kompleksində keçirəcəyi döyüşdə rəqibi boliviyalı Paul Farah olacaq.

İdmançının Trend ə verdiyi məlumata görə, onun gələcək rəqibi 30 görüş keçirib, 24-də qələbə qazanıb ki, bunun da 19-u nokautla başa çatıb. "Paulun 25 yaşı va və o,bu yaş göstəricisinə görə, mənim WBO-Latino titulu uğrunda finalda mübarizə apardığım braziliyalı Luisiano Torresdən kiçikdir. Belə demək olar ki, bizim döyüşdə təcrübə gəncliklə qarşı-qarşıya duracaq" - deyə Ə.İsmayılov qeyd edib.

Bu günlərdə Əli qazaxıstanlı Tolqat Dosanovla görüşdə peşəkar rinqdə 10-cu qələbəsini qazanıb.

Xəbər lenti

Xəbər lenti