...

Azərbaycan cüdoçusu Mehman Əzizov: "Olimpiadaya vəsiqə qazanmaq məqsədi çox yaxındadır"

Cəmiyyət Materials 27 Oktyabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Olimpiyadaya vəsiqə qazanmaq məqsədi çox yaxındadır. İndi mənim hesabımda 106 xal var ki, bu da Oyunlarda iştirak üçün qənaətbəxşdir". Bu barədə cüdoçu Mehman Əzizov, Olimpiadada üçüncü dəfə iştirak etmək imkanlarını Trend ə şərh edərkən məlumat verib.

O, etiraf edib ki, əgər Afinada keçirilən Olimpiadada bürünc medal qazansaydı, yəqin ki, böyük idmanla vidalaşmış olardı. " Mənə üçlüyə daxil olmaq nəsib olmadı. İndi arrzumu Pekində həyata keçirməyə cəd edəcəyəm.Hazırda yeni idmançı nəsli yetişir, yeni adlar ortaya çıxır. İllər gedir, lakin idman həyatı kifayət qədər qısadır. Mən 31 yaşımda hələ də mübarizə aparıram. Halbuki, yaxınlaradək tatami üzərində qarşılaşdığım rəqiblərimin bir neçəsi artıq öz karyeralarını başa vurublar. Buna baxmayraq, mən özümü veteran hesab etmirəm, mübarizəni davam etdirirəm. Nə qədər ki gücüm var, çıxış edəcəyəm" - deyəƏzizov qeyd edib.

Xəbər lenti

Xəbər lenti