...

Bülbül adına vokalçılar müsabiqəsinin 10 yaşı tamam olur

Cəmiyyət Materials 5 Noyabr 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Bu il Bülbül adına vokalçılar müsabiqəsinin 10 yaşı tamam olur. Nəzərinizə çatdıraq ki, bu müsabiqə 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə təşkil edilmişdi. Bülbül adına musabiqənin direktoru Alxas Əliyevin TrendLife-a verdiyi məlumata görə, iyun ayından başlayaraq müsabiqəyə qatılmaq istəyənlərin ərizələri artıq qəbul olunur. Müsabiqədə neçə nəfərin iştirak edəcəyi isə hələ məlum deyil. Onu da qeyd etmək lazımdır ki, nəinki Azərbaycandan, hətta MDB və Türkiyədən də müsabiqəyə qatılmaq istəyənlər var və artıq onların ərizələri qəbul olunub. Müsabiqə noyabrın 26-dan dekabrın 6-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti