...

MDB ölkələri Azərbaycanın məhkumların islahında ictimaiyyətin iştirakı təcrübəsindən yararlanacaq

Cəmiyyət Materials 7 Noyabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Rusiyanın Ryazan şəhərində məhkumların hüquqi vəziyyəti, cəza çəkən şəxslərin islah edilməsinin problemləri, cəzaların icrası vəziyyəti və cəzaların icrası qanunvericiliyinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi çərşənbə günü məlumat yayıb.

Azərbaycanı bu tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Səfər Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin rəsmi dəvəti ilə baş tutub.

Ryazan Hüquq və İdarəetmə Akademiyasında təşkil edilmiş konfransda Azərbaycan nümayəndə heyəti penitensiar sistemdə həyata keçirilən islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, məhkumların islah olunması prosesinə ictimaiyyətin cəlb olunması və cəzaçəkmə müəssisələrinin fəaliyyətinə ictimai nəzartətin həyata keçirilməsi işinə xüsusi diqqət yetirilməsi, regionlarda yeni qarışıq tipli cəzaçəkmə müəssisələrinin inşası barədə məlumat verilib.

Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, məhkumların islahında ictimaiyyətin iştirakı, cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçiilməsinə dair Azərbaycanda qəbul olunmuş yeni normativ hüquqi aktlar tədbir iştirakçılarına təqdim olunub. Bu sənədlərin MDB məkanında ilkin olması qeyd olunaraq, müsbət təcrübə kimi istifadəsi məqsədəuyğun hesab edilib.

Səfər çərçivəsində. Ələkbərov Rusiyanın Cəzaların İcrası Federal Xidmət rəisinin birinci müavini E. Petruxinlə görüşüb, iki dövlətin penitensiar xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Ötən ay Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin rəhbərliyi Azərbaycanda rəsmi səfərdə olub, bir neçə cəzaçəkmə müəssisəsinə baxış keçirib.

Xəbər lenti

Xəbər lenti