...

Azərbaycan və Türkiyə Ali Məhkəmələri arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq

Cəmiyyət Materials 10 Noyabr 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan və Türkiyə Ali Məhkəmələri arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanacaq.

İmzalanma noyabrın 20-24-də Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Ali Məhkəmədən Trend ə bildirilib ki, Türkiyənin nümayəndə heyətinin, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində əlaqələr müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti