...

AFFA "Bakı"nı üç min manat cərimə edib

Cəmiyyət Materials 13 Noyabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Xəzər" futbol klubunun müdafiəçisi Emin Quliyev Azərbaycan çempionatının qarşıdan gələn iki turunu buraxmalı olacaq.

Trend in verdiyi məlumata görə, XI tur çərçivəsində "Neftçi"yə qarşı keçirilən və 0:1 hesabı ilə başa çatan oyunun 88-ci dəqiqəsində ona qırmızı vərəqə göstərilib. Bu səəbəbdən, oyunçu ardıcıl olaraq iki qarşılaşmada meydana çıxmayacaq. Bundan əlavə, AFFA Nizam-İtnizam Komitəsi futbolçunu 2 min manat cərimə edib.

Həmçinin, "Olimpik"ə qarşı keçirilən və 0:1 hesablı məğlubiyyətlə başa çatan ev oyunu zamanı dörd futbolçusu sarı vərəqə alan "Karvan" klubu min manat dəyərində cərimələnib. "Bakı" klubu isə, üç min manat ödəməli olacaq. Cərimə "Qarabağ"la keçirilən oyunda klubun dörd oyunçusunun Sarı vərəqə almaçsı və oyun zamanı təhlükəsizliyin təmin edilməməsinə görə təyin olunub.

Xəbər lenti

Xəbər lenti