...

"Qeyb olan Bakı" foto - müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Cəmiyyət Materials 16 Noyabr 2007 19:16 (UTC +04:00)
"Qeyb olan Bakı" foto - müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ABŞ səfirliyi "Qeyb olan Bakı" foto - müsabiqəsinin qaliblərini elan edib. Birinci yeri Renat Əliməmmədov, ikinci yeri Sergey Xrustalev, üçüncü yeri isə, Asim Talıb tutub.

Müsabiqənin koordinatoru Dmitri Torokovski bildirib ki, qalibləri seçmək çox çətin idi, lakin bu fotoqraflarla işləmək çox maraqlıdır. O, müsabiqənin bütün iştirakçılarına təşəkkür edib. "Müsabiqənin əsas məqsədi insanların diqqətini bu problemə cəlb etmək idi" - deyə Torokovski deyib. Onun sözlərinə görə, onlar bu layihəni inkişaf etdirmək istəyirlər. Noyabrın 26-da sərgi açılacaq və bu sərgidə ABŞ səfiri, Mədəniyyət Nazirliyinin və Bakı İcra Hakimiyyətinin nümayəndələri iştirak edəcək. Onlar avtomobil qəzaları mövzusunda da növbəti müsabiqə elan ediblər.

Maraqlı şəxslər bu mövzu ilə bağlı videoçarxlar çəkə və dekabrın 18-dək www ünvanına göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti