...

"Show time" layihəsini tərk edirəm- prodüser Namiq Qafarov

Cəmiyyət Materials 17 Noyabr 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Show time" mahnı yarışmasını izləyənlər artıq veriliş barədə kifayət qədər məlumatlıdırlar. Layihəyə informasiya dəstəyi verən TrendLife-a məlum olub ki, müsabiqənin şərtləri bəzi iştirakçı-prodüserləri, məsələn, Namiq Qafarov və Mr. Toliki qane etmir..

Namiq Qafarov bizimlə söhbətində bildirib ki, yarışmada bəzi şərtlər dəyişilib: "Burada iştirakçılar istedadlarını göstərə bilmirlər. Əvvəlcə bizə başqa cür qaydalar elan etmişdilər. İndi onlar dəyişilib. İnanın, iştirakçılarım mənə yüz sual verirlər, bilmirəm onlara nə cavab verim. Allah axrını xeyir eləsin".

Mr.Tolikin Nərmin Kərimovanı layihədən uzaqlaşdırmasına gəlincə, məlum oldu ki, adı çəkilən iştirakçının prodüseri N.Qafarov hələ də şokdadır: "Nə edəcəyimi, nə düşünəcəyimi bilmirəm. Tolik Nərmini uzaqlaşdırdığının səbəbini söyləmədi. Mənə elə gəlir ki, o, Nərmindən intiqam aldı. Çünki, keçən yarışmaların birində Tolik Nərminin rəfiqəsilə dalaşmışdı. İndi onun əvəzini çıxırdı. Halbuki, şəxsi münasibətləri oyuna aid etmək olmaz. Bir söz də deyim, mən layihəni tərk edirəm və sözümün ağasıyam".

Xəbər lenti

Xəbər lenti