...

Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər artıq başlayır - Əməkdar artist Yalçın Adıgözəlov

Cəmiyyət Materials 23 Noyabr 2007 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Gələn il Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 90 yaşı tamam olacaq. Bu əlamətdar hadisə ilə bağlı silsilə tədbirlər hazırlanır. Bəzi tədbirlər isə artıq başlayıb. Buna əməkdar artist Yalçın Adıgözəlovun İzmirdə verdiyi konserti misal göstərmək olar. Y.Adıgözəlov TrendLife-a bildirib ki, o, noyabrın 29-u və 30-da Türkiyədə İzmir Dövlət Simfonik Orkestrinin konsertində çıxış edəcək: "Konsertin dirijorluğu mənə həvalə olunub. Konsertdə "Leyli və Məcnun", "Don Kixot", "Mən sizi sevirəm" simfonik əsərləri səslənəcək. Bundan əlavə, İzmirin Opera və Balet Teatrının solisti də çıxış edəcək. Belə konsert proqramları dekabr ayında Budapeştdə davam etdiriləcək".

Xəbər lenti

Xəbər lenti