...

Qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Dünya Kubokunun yarımfinalında görüşə bilərlər

Cəmiyyət Materials 24 Noyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov noyabrın 24-də Hanta-Mansyiskdə start götürəcək Dünya Kubokunun yarımfinalında görüşə bilərlər.

Turnir cədvəli elə təşkil olunub ki, hər iki yerli şahmatçı turnirin eyni hissəsinə düşüb. Bu səbəbdən də əgər idmançılar sinxron çıxış edərlərsə və yarımfinala qədər məğlub olmadan irəliləyərlərsə, bu halda mütləq bu mərhələdə oynayacaqlar. Bu isə o deməkdir ki, Azərbaycanın yarışmanın finalında bir təmsilçisi təmin olunmuş olur, bu finalın qalibi isə bolqar Veselin Topalovla oynamaq hüququ qazanacaq.

Nokaut-sistemi üzrə keçiriləcək dünya kubokunda 128 şahmatçı iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti