...

Azərbaycan müğənnisi Lalə Məmmədova xeyriyyə konserti ilə uşaqları sevindirdi

Cəmiyyət Materials 24 Noyabr 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 noyabr / TrendLife müx. Şahin Cavadsoy/ TrendLife da yaımlanan reklam banerindən hamıya bəllidir ki, bu gün dinləyicilərin sevimli, həm də zövqlü müğənnilərdən biri kimi qəbul etdiyi Lalə Məmmədovanın Bakı Slavyan Univesitetinin akt zalında xeyriyyə tədbiri keçirilməli idi. Konsert təşkilatçılarından biri kimi biz də sözügedən məkana yollandıq. Konsertin başlanmasına son tamamlama işləri gedirdi. Qeyd edək ki, baş ofisi elə adıçəkilən Universitetin bir otağında yerləşən Azərbaycan İngilis dili Müəllimlər Birliyinin (AzETA) təşkilatçılığı ilə bu konsert ərsəyə gəlmişdi. Artıq zalda kifayət qədər tamaşaçı toplaşırdı. Düzdür, səhnəöncəsi Lalə xanımın fikirlərini öyrənə bilməsək də, konsertin tam ortasında müğənninin ürək sözlərini dilə gətirməsi üçün tam şərait yaratdıq: "Əvvəla başda TrendLife olmaqla, burada əziyyəti olan bütün insanlara, həmçinin AzETA-da təmanna güdməyən bütün müəllimlərimizə minnətdarlığımı bildirirəm. Onların gördükləri bu iş çox tədqirəlayiqdir. Bildiyim qədər, burada Bakının Qızıldaş qəsəbəsində yerləşən Uşaq evində yaşayan azyaşlı pərəstişkarlarım toplaşıblar. Vallah , ana olmayana qədər , haradasa mən belə taleli uşaqlara başqa bir münasibətdə idim . Ancaq Tanrım mənə analıq zirvəsi qismət edəndən sonra , bu hisləri daha dərindən duyuram . AzETA-nın təşkilatçılarından aldığım bu təklifi , inanın , mənim ürəyimdən xəbər verdiyindən , iki əllə bu konsertiin keçirilməsinə razılıq verdim ".

1995 - ci ildən fəaliyyət göstərən AzETA-nın rəhbəri Rəqsanə Məmmədova da, Lalə Məmmədovanın bu xeyriyyəçiliyindən çox şad olduğunu TrendLife-a verdiyi müsahibəsində bildirdi : " Bizim birlik qeyri-hökumət təşkilatı olsa da, dəfələrlə belə xeyriyyə aksiyalarını özümüz düzənlələməkdə maraqlı olmuşuq . Və bu gün də bu missiyamızı davam etdiririk . AzETA-da birləşən 600-nəfərdən artıq könüllü İngilis dili müəllimləri , dəfələrlə belə tip tədbirlərin keçirilməsində maraqlı olublar . Bu gün sevimli müğənnimiz , həm də bizim həmkarımız olan Lalə xanımın bu xeyriyyə konserti verməsini isə onun əsl Azərbaycan xanımı olması ilə əlaqələndirərdim . Çünki , Lalə Məmmədova da hər şeydən öncə bir anadır və Azərbaycan qızıdır . Allah ona həmişə yar olsun . Ona görə ki , o, bu gün bir neçə kimsəsizin-kimsəsi mövqeyindən çıxış etməyə özü can atdı ".

Tanınmış musiqiçi Xanlar Cəfərovun rəhbəri olduğu " Arzular ansamblı " n ın müşaiyəti ilə təxminən 2 saat 20 dəqiqə səhnədə olan müğənni , canlı ifası ilə 20 mahnı səsləndirməkdən böyük həzz aldı . Tanınmış konferansye , eləcə də Akademik Milli Dram Teatırının gənc aktyoru Elşən Cəbrayılovun aparaıcılığı ilə davam edən konsert zamanı Qızıldaşdakı 8 saylı texniki peşə məktəbində təhsil alıb yaşayan uşaq evinin sakinləri o, ki var oynayaraq , bir neçə saatlıq olsa da problemlərini unudub əyləndilər . Lalə xanımın konserti uzatmamasının əsas səbəbi isə onun məşhur " Xalq Parad" verilişinin canlı yayımına qonaq getməsi ilə bağlı oldu . Canlı yayıma qulaq verib şahidi olduq ki , daim yenilik axtarmaq ampluasından vaz keçməyən müğənni Lalə Məmmədovaya bütün yerli sənətçilərimiz hörmət bəsləyir və onu qalmaqallarda görmək istəmir . Sonda müğənniyə xeyirxah işlərini bundan belə davam etdirməsində uğurlar arzulayaraq bir haşiyə çıxıb bildiririk ki , əgər Bakı Slavyan Univestitendə baş verənlərdən siz də hali olmaq istəyirsinizsə photo .t rend.az saytındakı şəkilləri diqqətdən qaçırmayın . Yox , əgər siz orada baş verənlərə qiyabi şahidlik etmək niyyətindəsinizsə , mütləq " Space TV " d ə yayımlanan " Space Bazar" maqazin proqramının sabahkı buraxılışını diqqətdən qaçırmayın .

Xəbər lenti

Xəbər lenti