Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyi Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq "Dövlət Baryağı Günü" rəsmi bayramının təsis olunmasını təklif edib. Bu barədə çərşənbə axşamı Trend ə DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Oqtay Rüstəmov məlumat verib.
Müraciətdə bildirilir ki, dünyanın bir sıra ölkələrində - Ukrayna, ABŞ, Kanada, Rusiya, Belarus, Türkmənistan və digər ölkələrdə "Bayraq Günü" qeyd olunur. Analoji bayramın Azərbaycanda da keçirilməsi xalqın dövlətçilik, vətənpərvərlik əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər.
Ona görə də DAK nümayəndəsi prezidentdən Azərbaycanın rəsmi bayramları sırasına "Dövlət Bayrağı Günü"nün əlavə olunmasına dair sərəncam verməsini xahiş edir.