...

Kunqfu üzrə Azərbaycan yığması dünya çempionatına yola düşüb

Cəmiyyət Materials 27 Noyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / Kunqfu üzrə Azərbaycan yığması növbəti dünya çempionatının keçiriləcəyi Manilaya ( Filippin ) yola düşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, komandanın tərkibinə, məşqçi Barat İsrafilovun başçılığı ilə çıxış edəcək Ramil Allahverdiyev, Babək Hüseynov, Emil Hacıyev, Şəhriyar Tarıyev və Osman İsayev daxildir. Kollektiv konfu ustalarımızın dünya arenasında çoxsaylı uğurlarını nəzərə alıb, qarşısına kifayət qədər böyük məqsədlər qoyur. Buna görə də, yığma Manilada, hər il mükafat yerləri uğrunda mübarizənin kəskinləşdiyinə baxmayaraq, bir neçə mükafat qazanmaq istəyir. Bu mövsümdə sonuncu olacaq yarış dekabrın 6 -dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti