...

Bizim yaradıcılığımıza ağsaqqallar xeyir-dua verib-müğənni Aynur Dadaşova

Cəmiyyət Materials 7 Dekabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Cavid Osmanov/

Bəzən kişi və qadın müğənnilərin birlikdə duet oxumaları hər kəsdə belə bir fikir yaradır ki, onlar bir-birlərini sevir, birlikdə yaşayırlar. "Lider TV"də yayımlanan "Qızıl duet"in iştirakçıları Aynur Dadaşova və meyxanaçı Rəşad Dağlının birlikdə duet oxumaları da hər kəsdə maraq doğurub. Bunlara aydınlıq gətirmək üçün TrendLife məhz ifaçıların özlərinə müraciət edib.

Aynur Dadaşova: "Təssüf ki, Azərbaycanda hər duet oxuyan insan üçün müxtəlif şayiələr çıxardırlar. Mən Rəşadı qardaş gözündə görürəm. Biz hətta birlikdə duet oxumaq üçün valideyinlərimizdən icazə də almışıq. Bizim birlikdə oxumağımıza ağsaqallar xeyir-dua verib".

Rəşad bizə məlumat verməkdən çəkindi. Burda deyiblər ki, od olmasa, tüstü çıxmaz!

Xəbər lenti

Xəbər lenti